Türkiyə Kərkükdəki itkilərini açıqladı

© REUTERS / StringerKərkük, 16 oktyabr 2017-ci il
Kərkük, 16 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb

BAKI, 16 oktyabr — Sputnik. İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, biri ağır olmaqla 3-ü yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Belə ki, Zap bölgəsində Türkiyə hərbçilərinin avtomobilinin keçdiyi yolda əldəqayırma partlayıcı partladılıb və PKK terrorçuları ilə silahlı qarşıdurma yaranıb.

Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələri ərazini bombalayıb, nəticədə 8 terrorçu məhv edilib.

Xəbər lenti
0