Məyadin şəhəri İŞİD-dən azad edildi

© REUTERS / Erik De CastroSuriya
Suriya - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya hökumət qoşunları Məyadin şəhərində İŞİD silahlılarının məhv edilməsi əməliyyatını başa çatdırıblar.

BAKI, 14 oktyabr — Sputnik. Suriya ordusu Məyadin şəhərində İŞİD terrorçularının məhvi əməliyyatını başa çatdırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Suriya hökumət qoşunları Məyadin şəhərində İŞİD silahlılarının məhv edilməsi əməliyyatını başa çatdırıblar. General Həsən Suhəlin komandanlıq etdiyi qüvvələr terrorçuların qızğın müqavimətini qıraraq, şəhəri tamamilə azad ediblər" — deyə Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, hazırda Həsən Suhəlin komandanlıq etdiyi ordu birləşməsi Rusiya aviasiyasının dəstəyi ilə hücumu davam etdirir.

Xəbər lenti
0