Amerika indiyədək belə ziyana düşməmişdi

© AP Photo / Jonathan CopperKaliforniyada meşə yanğınlarınını fəsadları
Kaliforniyada meşə yanğınlarınını fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgədən 5 min sakin məcburi şəkildə təxliyə edilib

BAKI, 14 oktyabr — Sputnik. Kaliforniyada meşə yanğınları davam edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, meşə yanğınlarında 40-a yaxın insan həlak olub, 400-dən çox adam itkin düşüb.

Əyalətdə 17 nöqtədə baş verən yanğınlarda 3500 ev və ofis zərər görüb, 647 kvadrat kilometr meşə ərazisi yanaraq kül olub. Bölgədən 5 min sakin məcburi şəkildə təxliyə edilib.

Qeyd edək ki, ABŞ-da bu il ərzində baş verən meşə yanğınları 2 milyard dollar məbləğində maddi ziyan vurub. Bu, indiyədək, yanğınlar nəticəsində dəyən ən böyük zərərdir.

Xəbər lenti
0