18:05 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
YUNESKO-nun yeni baş direktoru Odre Azule

YUNESKO-nun yeni baş direktoru məlum oldu

© REUTERS / Philippe Wojazer
DÜNYA
Qısa URL
51 0 0

İlk olaraq YUNESKO-nun yeni baş direktoru postuna 9 nəfərin namizədliyi irəli sürülüb

BAKI, 13 oktyabr — Sputnik. Fransanın siyasi xadimi, sabiq mədəniyyət naziri Odre Azule BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə (YUNESKO) baş direktoru seçilib.

Cümə günü onun namizədliyinə bu iri beynəlxalq qurumun İcraiyyə Şurasının əksər üzvləri səs veriblər.

İlk olaraq YUNESKO-nun yeni baş direktoru postuna 9 nəfərin namizədliyi irəli sürülüb. Lakin sonradan Qvatemala və İraq öz ərizələrini geri götürüb. Belə olan halda, hazırda seçkilərdə Azərbaycan (ölkənin Rusiyadakı səfiri, bəstəkar və alim Polad Bülbüloğlu), Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini diplomat Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (XİN rəhbərinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari), Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) iştirak ediblər. Daha sonra Polad Bülbüloğlu da namizədliyini geri götürüb.

Əsas mövzular