13:35 23 Oktyabr 2017
Canlı yayım
Zalmay Halilzad

Eks-səfir ABŞ-ı İraqın şimalına müdaxilə etməyə çağırdı

© AP Photo/ David Karp
DÜNYA
Qısa URL
11 0 0

Qasım Süleymaninin İraqda olduğunu dilə gətirən Zalmay Halilzad bu bölgədə qarşıdurma ehtimalının yüksək olduğunu bildirib

BAKI, 12 oktyabr — Sputnik. ABŞ-ın Bağdaddakı keçmiş səfiri Zalmay Halilzad "Twitter" hesabından verdiyi açıqlamada İranı sərt tənqid edib.

Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, ABŞ-ın Bağdaddakı keçmiş səfiri İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymaninin Kərkükə hücum etmək üçün İraqın "Haşdi Şabi" mülki milis qrupunu təşviq etdiyini söyləyib.

​Qasım Süleymaninin İraqda olduğunu dilə gətirən Zalmay Halilzad bu bölgədə qarşıdurma ehtimalının yüksək olduğunu bildirib.

ABŞ-lı diplomat İraq və "Kürdüstan" qüvvələri arasında toqquşma ehtimalının getdikcə artdığını söyləyib.

Vaşinqtonu bu vəziyyətə qarşı səssiz qalmamağa çağıran Zalmay Halilzad qarşıdurmanın yaranmaması üçün Amerikanın birbaşa müdaxiləsinin lazım olduğunu vurğulayıb.

Əlaqədar

Türkiyə gözlənilmədən Şimali İraqda əməliyyata başladı
İraqdakı hadisələrin bölgəmiz üçün aşkar və gizli təhlükələri
Axtarışda olan azərbaycanlıların siyahısı İraq hökumətində
İraqda tapılan azərbaycanlı uşaqların gözyaşardıcı videosu yayıldı
İraqdan xəbər var: "Türklər artıq bizimlə əməkdaşlıq edəcəklər"
Teqlər:
İran İslam İnqilabı Keşikçilər Korpusu, Qasım Süleymani, Zalmay Halilzad, Kərkük, Bağdad, İran, İraq, Vaşinqton, ABŞ

Əsas mövzular