Məşhur "Ağ dul" öldürüldü

© Photo : STRƏl-Bab şəhərinin İŞİD-dən azad edilmiş hissəsi
Əl-Bab şəhərinin İŞİD-dən azad edilmiş hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
O, İslam dinini qəbul edərək, sevgilisi Cüneyd Hüseyn ilə Suriyaya gedib və orada İŞİD-ə qoşulub

BAKI, 12 oktyabr — Sputnik. İŞİD-ə qoşulmuş, "Ağ dul" ləqəbi ilə tanınan britaniyalı Salli Cons həlak olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadın iyun ayında İraq sərhədində öldürülsə də, xəbər indi ortaya çıxıb. Məlumata görə, hücumlar zamanı onun 12 yaşlı oğlu Co-Co da ölüb.

Qeyd edək ki, Salli Cons Britaniyada "Ümmü Hüseyn" adı ilə məşhurdur. O, İslam dinini qəbul edərək, sevgilisi Cüneyd Hüseyn ilə Suriyaya gedibmiş. Orada cütlük İŞİD-ə qoşulub.

Cons ölkəni tərk edən zaman oğlunu da özü ilə Raqqaya aparıb. 2015-ci ildə Cüneyd hava hücumları zamanı öldürülüb.

© Photo : UK StarSalli Cons
Salli Cons - Sputnik Azərbaycan
Salli Cons

Xatırladaq ki, ötən il Co-Conun atası onu, İŞİD haqqında göstərilən video-görüntülərdən tanıyıb. O, həmçinin bildirib ki, Salli Cons ondan ayrılandan sonra 20 yaşlı Cüneyd Hüseynlə tanış olub və 2013-cü ildə Suriyaya gedərək İŞİD-ə qoşulub.

Xəbər lenti
0