13:49 23 Oktyabr 2017
Canlı yayım
S-400 zenit raket kompleksi

Ekspert: "Türkiyə Rusiyaya təzyiq göstərməyə cəhd edir"

© Sputnik / Mikhail Voskresensky
DÜNYA
Qısa URL
455 0 0

Perenciyev deyib ki, Ankara S-400-ləri almaqdan imtina etmir, sadəcə rusiyalı həmkarları ilə alver edir

BAKI, 11 oktyabr — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu öz bəyanatını Rusiya tərəfinə təzyiq göstərmək üçün verib.

Bunu Sputnik Azərbaycan-a müsahibəsində hərbi ekspert, Plexanov adına Rusiya İqtisad Universitetinin politalogiya və sosiologiya kafedrasınını dosenti Aleksandr Perenciyev bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, əgər S-400 zenit raket komplekslərinin birgə istehsalı ilə bağlı razılaşma əldə olunmasa, Ankara onların Moskvadan alınmasından imtina edə bilır.

Perenciyev qeyd edib ki, S-400-ün əldə edilməsi ilə bağlı müqavilə sadəcə ticarət əməliyyatı deyil, bu, siyasi ticarətdir. Müqavilə son dərəcə siyasiləşdirilib.

Ekspertin fikrincə, Türkiyə XİN başçısının açıqlamasında qeyri-adi heç nə yoxdur. Bu, kulis arxasında baş verən siyasi alverdə aysberqin görünən hissəsidir.

"Bu, o demək deyil ki, Türkiyə S-400-dən imtina edəcək, sadəcə o, Rusiyaya təzyiq göstərməyə cəhd edir" — deyə Perenciyev bildirib.

Politoloqun fikrincə, həmin mal özü birbaşa siyasi təhlükəsizliyin təmini ilə bağlıdır və öz imkanları ilə hansısa mərhələdə təsir imkanlarına malikdir.

Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, Türkiyə S-400-ləri əldə etməklə öz mövqeyini haradasa möhkəmləndirə biləcək. Rusiya isə bu vəziyyətdə puldan əlavə hansısa dividentlər əldə edə bilər.

Perenciyevin qənaətinə görə, Rusiya da istəyir ki, Türkiyə daha artıq dərəcədə onunla yaxınlaşmağa hazır olduğunu göstərsin. Burada söhbət başda Yaxın Şərqdəki, Suriyadakı situasiya olmaqla bir sıra vacib məsələlərdə yaxınlaşmaqdan gedir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 sentyabrda Ankara ilə Moskva arasında "Triumf" S-400 zenit-raket sisteminin satın alınması barədə müqavilə imzaladıqlarını bəyan edib. Sözügedən silahın Türkiyəyə çatdırılmasına iki il ərzində başlanmalıdır.

"Triumf" S-400 aviasiya, qanadlı və ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulmuş uzaq mənzilli yenilənmiş zenit-raket kompleksidir. Sistem 400 km məsafədəki və 30 km-ə qədər hündürlükdəki hədəfləri məhv etməyə qadirdir.

Əsas mövzular