BAKI, 10 oktyabr — Sputnik. "Həftə sonu təəssüf ki, ABŞ müttəfiqlik münasibətimizə uyğun gəlməyən bir qərar verdi və ölkəmizə viza verməyi dayandırdığını elan etdi. Belə bir vəziyyət müttəfiqlik münasibətinə uyğun gəlmir. Bizə qarşı edilənə ikiqat cavab verərik. Türkiyə hüquqi dövlətdir və ölkəmizdə kimisə həbs etmək üçün sizlərdən icazə alacağıq? Onların icazəsini alacağıq?"
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Türkiyənin baş naziri viza böhranı öncəsi ABŞ missiyalarının təhlükəsizliyinin artırılması üçün görüş keçirdiklərini, amma, səfirliyin "təhlükəsizlik problemimiz yoxdur" deyərək təklifi rədd etdiyini açıqlayıb.
Yıldırım bildirib ki, vizaların təxirə salınmasının səbəbinin təhlükəsizlik kimi göstərilməsi düz deyil.
"Rəsmi bankımızın baş direktor müavinini həbs edərkən bizdən soruşdunuz, bizdən icazə aldınız? FETÖ-nün rəhbəri Fətullah Güləni niyə orada bəsləyirsiniz? Bu, müttəfiqliyə, dostluğa sığarmı?" — deyə Türkiyənin baş naziri bildirib.