06:05 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
24 0 0

İsrail ordusundan verilən açıqlamaya görə, orduya məxsus tanklar Qəzza zolağının cənubundakı HƏMAS-a aid bir hərbi bazanı vurub

BAKI, 10 oktyabr — Sputnik. İsrail ordusundan verilən açıqlamaya görə, orduya məxsus tanklar Qəzza zolağının cənubundakı HƏMAS-a aid bir hərbi bazanı vurub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, açıqlamada axşam saatlarında Qəzzadan İsrailin Aşkelon şəhəri yaxınlığına raket atıldığı bildirilir. İsrail tankı raket hücumuna cavab olaraq HƏMAS-ın Qəzza zolağındakı mövqeyinə zərbə endirib.

Həmçinin bildirilib ki, Qəzzadan atılan raket boş bir əraziyə düşüb və heç bir yaralanmaya və ya ölümə səbəb olmayıb.

İsrailin əsas olaraq göstərdiyi raket hücumunu isə Qəzza zolağındakı fələstinli qruplardan öz üzərinə götürən olmayıb.

Əlaqədar

"İkinci İsrail dövlətinin qurulmasına imkan verməyəcəyik"
İsrail XİN Azərbaycan prezidentinin qərarına münasibət bildirib
İsrail gözlənilmədən bu ölkəyə hücum etdi
İsrail İrana xəbərdarlıq etdi
Teqlər:
HƏMAS, Aşkelon, Qəzza zolağı, İsrail

Əsas mövzular