ELM

Saxta diplomla 19 il müəllim işlədi

© AFP 2023 / OZAN KOSEİstanbuldakı məktəblərdən birində tədris prosesi, arxiv şəkli
İstanbuldakı məktəblərdən birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 9 oktyabr — Sputnik. Türkiyədə Tekirdağ, Giresun və Trabzonda yerləşən məktəblərdə 19 il müəllimlik edən Yusuf B-nin diplomunun saxta olması aşkarlanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun təhsilini yarımçıq qoyduğu və kompüter vasitəsi ilə özünə saxta diplom düzəldərək hər kəsi aldatdığı ortaya çıxıb. Yusuf B.-yə saxtakarlığına görə cinayət işi açılıb.

Qeyd edək ki, Yusuf B. saxta diplom ilə kənd Tekirdağda ibtidai məktəbdə 4 il, Giresun Aksu Anadolu liseyində 9 il, Bulancak Ticarət Məslək liseyində 3 il işləyib.

Ümumilikdə isə onun saxta pedaqoq kimi fəaliyyəti 1998-ci ildən başlayıb. Yusuf B.-nin son iş yeri Trabzon Çarşıbaşı Məslək və Texniki Anadolu Liseyi olub. O burada 2015-ci ildən işləyirmiş.

Xəbər lenti
0