09:37 01 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
ABŞ-Türkiyə gərginliyi (15)
227 0 0

Hər iki ölkə qarşılıqlı olaraq vizaların dayandırılması qərarı verib

BAKI, 9 oktyabr — Sputnik. ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında qeyri-miqrant viza xidmətlərinin dayandırıldığını açıqlayıb.

"Son zamanlarda yaşanan hadisələr ABŞ hökumətini, Türkiyə Respublikası hökumətinin ABŞ missiyasının təsis və personalının təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur edib", — deyə ABŞ-ın Ankaradakı səfirliyindən yazılı açıqlama verilib.

Açıqlamada, qiymətləndirmə prosesində səfirliklərə və konsulluqlara ziyarətçilərin sayını minimuma endirmək üçün Türkiyədəki bütün ABŞ diplomatik nümayəndəliklərində qeyri-miqrant viza xidmətlərinin dayandırıldığı bildirilib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı qeyd olunub.

Türkiyə də, ABŞ hökumətinin bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırmaq qərarına cavab verib. Bununla bağlı bəyanat Türkiyənin Vaşinqtondakı səfirliyinin "Twitter" səhifəsində yerləşdirilib.

Açıqlamada deyilir ki, son zamanlarda yaşanan olaylar Türkiyə hökumətini, ABŞ hökumətinin Türkiyə missiyasının təsis və personalının təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur edib.

Qeyd olunur ki, Birləşmiş Ştatlardakı Türkiyə səfirliyinə və konsulluğuna gələn ziyarətçi sayının azaldılması üçün ABŞ-da olan bütün missiyalarda ABŞ vətəndaşları üçün vizaların verilməsi proseduru dayandırılıb.

Mövzu:
ABŞ-Türkiyə gərginliyi (15)

Əlaqədar

Azərbaycanda 3 saat ərzində viza almaq mümkün olacaq
Qətərdən Azərbaycana viza sürprizi
Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilərlər
"Avropaya vizasız gediş-gəliş ilə bağlı danışmaq tezdir"
Azərbaycan viza prosedurunu sadələşdirir
Gürcülərin Avropaya vizasız səyahətləri başladı
Azərbaycanda viza proseduru sadələşdirilir
Teqlər:
viza, vətəndaş, Türkiyə, ABŞ, qərar, səfirlik

Əsas mövzular