20:45 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Separatçı referendumlar dalğası (38)
90410

Pankratenko: "İraq Kürdüstanı" ilə Ankara və Tehranın kifayət qədər böyük həcmdə iqtisadi əlaqələri var, ola bilsin Ərbil artıq bunu unutmalı olacaq

BAKI, 5 oktyabr — Sputnik. "İraq Kürdüstanı" ətrafında yaranmış vəziyyət Türkiyə prezidentinin İrana səfərinin əsas mövzusudur. Bunu Sputnik Azərbaycan-a şərqşünas İqor Pankratenko deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 4-də İrana səfər edərək orada bir sıra rəsmi şəxslərlə görüşüb.

Pankratenko qeyd edib ki, Tehran və Ankara bölgədə "İraq Kürdüstanı"nın yeganə əleyhdarlarıdır. Onun fikrincə, məhz bu səbəbdən də onları ümumi məqsədlər, ümumi təhdid həmişə birləşdirir: "Bununla əlaqədar olaraq bu gün bütün taktiki fikir ayrılıqları bir kənara qoyuldu və "İraq Kürdüstanı" məsələsi ön plana çıxdı". 

İraq kürd muxtar regionunun rəhbəri Məsud Bərzani
© AP Photo / Michel Euler

Şərqşünas əmindir ki, Ərdoğanın səfərində İran və Türkiyənin "İraq Kürdüstanı" ilə bağlı birgə addımları müzakirə edilib. "Bunu başa düşmək lazımdır ki, tərəflərin heç biri "İraq Kürdüstanı" ilə bağlı hərbi ssenarisini nəzərdən keçirmir. Burada söhbət yalnız diplomatik və iqtisadi xarakterli tədbirlərdən gedir" – deyə o bildirib.

Sputnik Azərbaycan-ın həmsöhbətinın sözlərinə görə, bugünlərdə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ərzurumda çıxışı zamanı bəyan edib ki, Ərbillə bütün əlaqələr kəsilib və bundan sonra bütün məsələlər Bağdadın məhkəzi hökuməti ilə həll ediləcək.

Ekspertin fikrincə, Ərdoğanla danışıqlardan sonra analoji bəyanatla bu günlərdə Tehran da çıxış edəcək. Bundan sonra isə Ərbilə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək. "Artıq srağagün İraq Mərkəzi Bankı bəyan edib ki, Ərbilə valyuta təchizatını dayandırır, eyni zamanda ora xarici valyuta nəqlini də blok edir. Düşünürəm ki, bu tədbirlərə İran və Türkiyə tam həcmdə qoşulacaq" – deyə o, bildirib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/Handout

Pankratenko onu da qeyd edib ki, "İraq Kürdüstanı" ilə Ankara və Tehranın kifayət qədər böyük həcmdə iqtisadi əlaqələri var. Ola bilsin Ərbil artıq bunu unutmalı olacaq. Bununla yanaşı, şərqşünas şübhə etmir ki, hər iki ölkə kürd qruplaşmalarının silah təchizatını da dayandıracaq. Çünki türklər artıq peşmərgə komandirlərinin hazırlandığı düşərgələri də bağlayıblar.

Onun fikrincə, İran tərəfi də analoji addım ataraq nəinki "İraq Kürdüstanı"nda, eləcə də İranda fəaliyyət göstərən kürd silahlı birləşmələri ilə əlaqələri kəsəcək.

Bütün bunların nə üçün baş verdiyinə gəlincə, Pankratenko bildirib ki, "Şimali Kürdüstan"da müstəqillik və azadlıq kifayət qədər mövcud idi. Onlar üçün yeganə çatışmayan şey "kürd muxtariyyatı"nın pasportu idi. "Buna görə də, referendumdan əvvəl Türkiyə və İran tərəfi kürdlərə dedi ki, "uşaqlar, axı sizin nəyiniz çatmır?" Onlar hətta bir sıra güzəştlərə də getməyə hazır idilər ki, təki "İraq Kürdüstanı" referendumdan müvəqqəti olaraq çəkinsin." – deyə Pankratenko bildirib.

Onun izahatına görə, bütün bunlar ona görə baş verməyib ki, Ankara və Tehran kürdlərin müstəqilliyindən qorxur. Onların qorxuları kürd dairələrindəki mövcud bölünmə ilə bağlıdır. Pankratenkonun sözlərinə görə, kürdlərin bir hissəsi "Kürd İşçi Partiyası"nın (PKK) nəzarəti altındadır. Digər ekstremist qruplaşmalara isə Qərb nəzarət edir. Beləcə, digər kürd klanlarının da başqa istəkləri var. 

"Bütün bunlar ona görə baş verir ki, kürd xalqı deyə bir anlayış yoxdur, sadəcə klanların yığması var. Burada başlıca təhlükə ondan ibarətdir ki, Məsud Bərzaninin muxtariyyatı bu klanların öhdəsindən gələ biləcəkmi? O, zəmanət verə bilərmi ki, onlar arasındakı münaqişələr öz aralarında qalacaq və kənara sıçramayacaq?" – deyə şərqşünas bildirib. Onun fikrincə, "yox, Bərzani belə bir zəmanət verə bilməz. Amma Amerika elitasının bir hissəsi və israillilər onu bu referendumu keçirməyə təhrik etdilər və o, referendum keçirdi".

Bütün bunlarla yanaşı, Pankratenki bildirib ki, Ərdoğanın İran səfərində təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı protokol imzalanıb. Və bu, imkan verəcək ki, İran və Türkiyənin silahlı qüvvələri regionda fəaliyyət göstərən ekstremist qruplarla bağlı öz fəaliyyətlərini koordinasiya etsinlər.

ABŞ-ın Ərdoğanın bu addımlarına münasibətinin necə olacağını şərh edərkən ekspert deyib ki, bu gün Amerika elitası daxilindəki parçalanmanı unutmaq olmaz. "Bir hissə "İraq Kürdüstanı"nın müstəqilliyinin dəstəklənməsinə çalışır. Elitanın bu hissəsi İsrail lobbisi ilə sıx bağlıdır. Amma daha sağlam düşüncəli digər hissə isə deyir ki, yaxın bir neçə ildə müstəqil "İraq Kürdüstanı"na ehtiyac yoxdur" – deyə o, bildirib. 

Pankratenkonun sözlərinə görə, ikinci elita gözəl başa düşür ki, müstəqil "İraq Kürdüstanı"nın meydana gəlməsi və bunun ətrafında yaranan problemlər nəticədə ABŞ-a "İslam dövləti" (İŞİD) terror təşkilatına qarşı tam gücü ilə mübarizə aparmağa imkan verməyəcək.

"Onlar Suriya və onun ətrafında mövcud olan ABŞ və İsrail tərəfindən dəstəklənən kürd anklavları ilə bağlı problemlərin ciddiliyini anlayırlar. Bununla belə, müstəqil "Kürdüstan"ın yaradılmasında iştirak etməyin də əleyhinə deyillər" – deyə şərqşünas bildirib.

Mövzu:
Separatçı referendumlar dalğası (38)

Əlaqədar

"Kürdüstan"ı dəstəkləyən azərbaycanlı məmurla bağlı Baş prokurora müraciət olundu
Ərdoğan kürdlərə müraciət etdi: "Aldanmayın"
Türkiyə və Rusiya prezidentləri "Kürdüstan" məsələsini müzakirə ediblər
"Kürdüstan"a uçuşlar tamamilə dayandırılacaq
Hacızadə: “Hansısa iri dövlət qondarma Kürdüstanın müstəqilliyini tanımayacaq”
Teqlər:
İqor Pankratenko, Bəkir Bozdağ, Məsud Bərzani, Rəcəb Tayyib Ərdoğan, Ankara, Tehran

Əsas mövzular