Azərbaycanlı ABŞ üçün 178 min dollar dəyərində "Tank" yaratdı

© Photo : Facebook.com / samir.enesSamir Sadıqovun yaratdığı "Tank" yolsuzluq avtomobili
Samir Sadıqovun yaratdığı Tank yolsuzluq avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikanın məşhur avtomobil istehsalçısı azərbaycanlı dizaynerlə əməkdaşlığı davam etdirir

BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanlı Samir Sadıqov Amerikanın məşhur avtomobil şirkəti olan Rezvani Motors üçün "Tank" adlı yolsuzluq avtomobili yaradıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Sadıqov özü Facebook səhifəsində məlumat verib. O, Facebookda bu avtomobillə birgə şəklini də paylaşıb.

© Photo : Facebook.com / samir.enesSamir Sadıqovun yaratdığı "Tank" yolsuzluq avtomobili
Samir Sadıqovun yaratdığı Tank yolsuzluq avtomobili - Sputnik Azərbaycan
1/3
Samir Sadıqovun yaratdığı "Tank" yolsuzluq avtomobili

2/3

3/3

"Nəhayət, həmin gün gəldi, mən Rezvani Motors üçün ikinci dizaynımı təqdim edirəm" — deyə Sadıqov yazıb.

Yolsuzluq avtomobili ekstremal şərtlər üçün nəzərdə tutulub. Tankın kapotunun altında Chrysler-dən götürülmüş və təkmilləşdirilmiş 6,4 litrlik V8 var — onun elan edilmiş gücü 500 at gücüdür, lakin istehsalçı 100 kilometri qət etmə sürətini və yanacaq sərfiyyatını açıqlamayıb. Yolsuzluq avtomobilinin qiyməti 178 min dollardan başlayır. O, 2017-ci ilin sonlarında hazır olacaq.

Samir Sadıqov artıq uzun illərdir ki, avtomobillərin düzəldilməsilə məşğul olur. Bu, onun Amerika şirkəti ilə ikinci əməkdaşlığıdır. Buna qədər o, Rezvani Beast-in idman avtomobilini yaradıb. Həmin avtomobil Ameriak müğənnisi Kris Braunun klipində "işıqlandırılıb".

Xəbər lenti
0