ABŞ-a şok yaşadan adamla bağlı ilginc fakt üzə çıxdı

© AP Photo / John LocherСтрельба у казино в Лас-Вегасе
Стрельба у казино в Лас-Вегасе - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ mediasının məlumatına görə, Paddok ölkədəki ən varlı əmlak investorudur

BAKI, 3 oktyabr — Sputnik. Las-Veqasda konsert əsnasında, 58 nəfərin ölümünə, 500-dən çox insanın yaralanmasına səbəb olan 64 yaşlı Stiven Paddok haqda yeni məlumat üzə çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, ABŞ mediasının məlumatına görə, Paddok ölkədəki ən varlı əmlak investorudur. Onun fərqli ştatlarda yüzlərlə əmlakı olduğu bildirilir.

Xatırladaq ki, Stiven Paddok, oktyabrın 2-nə keçən gecə Las-Veqasda açıq hava konsertinə qatılan minlərlə adama, qaldığı otelin 32-ci mərtəbəsindən avtomatik silahdan dayanmadan atəş açıb. Son məlumatlara görə, hadisədə 58 nəfər dünyasını dəyişib, 529 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Xəbər lenti
0