Kataloniyada referendumun nəticələri elan edilib

© AFP 2023 / Josep LAGOİspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon
İspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon - Sputnik Azərbaycan
Abunə olmaq
Kataloniya rəhbəri referendumun nəticələrini elan edib

BAKI, 2 oktyabr — Sputnik. İspaniyanın Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon referendumun nəticələrini elan edib.

"Report" xəbər verir ki, o, prosesdə iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini deyib.

"2 milyon 20 min 144 nəfər və ya 90 faiz müstəqilliyin lehinə səs verib" — deyə Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul mətbuat konfransında bildirib.

Referendumda 5,3 milyon seçicidən 2,2 mln. nəfəri iştirak edib.

Madrid referendumu və plebisitin nəticələrini tanımır.

Xəbər lenti
0