15:44 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Əbu Bəkr əl-Bağdadi

"Ölməz Kaşey" növbəti dəfə kəfəni yırtdı: Bağdadi sağdır

© AP Photo / Militant video
DÜNYA
Qısa URL
41 0 0

Bu ilin mayında əl-Bağdadinin öldürülməsi barədə məlumat yayılmışdı

BAKI, 29 sentyabr — Sputnik. İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz tərəfdarlarına növbəti dəfə müraciət edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, əl-Bağdadi çıxışı zamanı qruplaşmanın Suriya və İraq orduları ilə baş verən toqquşmalardan xəbərdar olduğunu söyləyib.

O, həmçinin Suriya münaqişəsinin nizamlanmasına dair Astanada keçirilən danışıqlardan, Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdən xəbərdar olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, audioyazı ən geci 2 həftə əvvəl yazılıb. 

Terrorçuların lideri həmçinin ABŞ-ı regionda Rusiyanın qüdrətinin genişlənməsinin qarşısını almamaqda tənqid edib. Bundan əvvəlki audioyazı ötən ilin noyabrında yayılıb. 

Qeyd edək ki, bu ilin mayında əl-Bağdadinin öldürülməsi barədə məlumat yayılıb. Lakin sonradan məlumat təsdiqini tapmayıb. Onun ölümü barədə xəbərlər habelə 2016-cı ilin dekabrında, 2015-ci ilin aprelində, 2014-cü ilin noyabrında da yayılıb. Ancaq bu məlumatların da heç biri təsdiqini tapmayıb. 

Əbu Bəkr əl-Bağdadinin hazırda Suriya ərazisində gizləndiyi bildirilir. 

Əlaqədar

İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların qohumları tapıldı - VİDEO
İŞİD-ə qoşulan azərbaycanlıların sayı bilindi
İŞİD-lə əlaqəsi olan 36 nəfər həbs edildi
Ağazadə: “İŞİD-dən xilas edilən uşaqlara dəstək olmalıyıq”
İraqdakı azərbaycanlı İŞİD-çilərin ailələrinin taleyi barədə şok təfərrüatlar
Teqlər:
Suriya münaqişəsi, İŞİD terror qruplaşması, İbrahim Əbu-Bəkr əl-Bağdadi, Astana, Rusiya, Suriya, ABŞ

Əsas mövzular