01:25 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
117 0 0

Pyotr Poroşenko ABŞ rəhbəri Donald Trampla görüşdən sonra Amerikadan öldürücü xarakterli deyil, ancaq müdafiə silahları alacaqlarını söyləmişdi

BAKI, 27 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının Baş Qərargah rəisi Cozef Danford Rusiyaya meydan oxuyub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Danford, Rusiya ordusunu məhv edə bilməsi üçün Ukraynaya maksimal effektli öldürücü silahlar verilməsini istəyib. O, bu barədə Senata məktub ünvanlayıb.

"Rusiyanın qarşısını almaq üçün Ukraynaya düşəmənin canlı qüvvəsi və texnikasını effektiv məhv edəcək öldürücü silahlar verilməlidir" — məktubda yazılıb.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ rəhbəri Donald Trampla görüşdən sonra “Fox” telekanalına müsahibəsində Amerikadan öldürücü xarakterli deyil, ancaq müdafiə silahları alacaqlarını söyləmişdi.

Əsas mövzular