SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlamentin qərarı Kərkükün taleyini dəyişə bilər

© AFP 2023 / AHMAD AL-RUBAYE İraq parlamentinin iclası, arxiv şəkli
İraq parlamentinin iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub

BAKI, 25 sentyabr — Sputnik. İraq parlamenti Kərkükə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə İraq parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Hakim Zamili sentyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.

“Parlament Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi və “referendum”da səs verən dövlət məmurlarının işdən kənarlaşdırılması haqqında qərar qəbul edib” — o vurğulayıb.

Parlament vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hökumətin Kərküklə yanaşı, mübahisəli başqa bölgələrə də hərbi qüvvə yeridilməsi haqqında qərar qəbul edib: “Parlament İraqın şimalındakı yerli hökumətin nəzarəti altında olan bütün sərhəd-keçid məntəqələrinin bağlanmasına dair də qərar qəbul edib”.

Xəbər lenti
0