05:39 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25400

2003-cü ildə iki ölkə arasında atəşkəs əldə olunsa da, ara-sıra bölgədən atəş səsləri duyulur

BAKI, 22 sentyabr — Sputnik. Hindistan əsgərləri Pakistanın nəzarəti altında olan Kəşmir və Cammu bölgəsini top atəşinə tutub. 6 nəfər ölüb, 26 nəfər yaralanıb. Sputnik Azərbaycan "Voice of America"ya istinadən xəbər verir ki, məlumatı Pakistanın Müdafiə nazirliyi yayıb.

Dünyasını dəyişənlərdən 4-ü qadındır. Bundan başqa 5 uşaq, 15 qadın xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Pakistan ordusunun cavab atəşi isə daha sərt olub. 10-a yaxın hind əsgərinin öldürüldüyü bildirilir.

Xatırladaq ki, Kəşmir bölgəsinə Hindistan da iddia edir. 2003-cü ildə iki ölkə arasında atəşkəs əldə olunsa da, ara-sıra bölgədən atəş səsləri duyulur.

Əlaqədar

Kəşmirdə gərginlik pik həddədir
Kəşmirdə Hindistan helikopteri qəzaya düşdü
Kəşmirdə “məhəbbət”
Teqlər:
Atəşkəsin pozulması, Cammu, Kəşmir, Hindistan, Pakistan

Əsas mövzular