Stadionda 50 kiloqram ağırlığında bomba tapıldı

© Photo : stuttgarter-zeitung / Christine BilgerStadiondan 50 kq ağırlığında tapılan bomba
Stadiondan 50 kq ağırlığında tapılan bomba - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda təlim-məşq bazası ilə yanaşı, ətraf ərazilər də boşaldılır

BAKI, 20 sentyabr — Sputnik. Almaniyanın məşhur futbol klublarından olan "Ştutqart"ın təlim-məşq toplantısında gözlənilməz hadisə yaşanıb. Belə ki, futbolçuların məşq etdikləri stadionda 50 kq ağırlığında bomba tapılıb.

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bomba İkinci Dünya Müharibəsi zamanı ABŞ qırıcıları tərəfindən şəhərə atılıb. Futbolçuların xəbər verməsindən sonra, dərhal stadiona gələn polis əməkdaşlarının rəhbəri Katja Lump, təlim-məşq bazası ilə yanaşı, ətrafdakı ərazilərin də boşaldıldığını deyib.

"Bunlar ehtiyat və təhlükəsizlik üçün edilir. Bomba boş əraziyə aparılaraq orada zərərsizləşdiriləcək" — polis yetkilisi vurğulayıb.

Qeyd edək ki, "Ştutqart" futbolçuları bir müddət təlim-məşq toplantılarını Münhen şəhərində keçirəcəklər.

Xəbər lenti
0