İllik rüşvətin miqdarı açıqlandı

© Photo : Peter Nicholls / Pool photo via APKristin Laqard, arxiv şəkli
Kristin Laqard, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İllik rüşvətin yalnız bir hissəsi 1,5 - 2 trilyon dollar, yaxud dünya üzrə adambaşına düşən gəlirin 2 faizini təşkil edir"

BAKI, 18 sentyabr — Sputnik. “Dünyada rüşvətin illik həcmi, təxminən, 2 trilyon dollar təşkil edir”.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard sentyabrın 18-də Vaşinqtonda Brukinqs İnstitutunda “Korrupsiyaya qarşı mübarizə” adı altında keçirilən konfransdakı çıxışında bildirib.

“İllik rüşvətin yalnız bir hissəsi 1,5 — 2 trilyon dollar, yaxud dünya üzrə adambaşına düşən gəlirin 2 faizini təşkil edir. Bu, aysberqin görünən tərəfidir. Onun uzunmüddətli təsiri daha dərindədir” — Laqard qeyd edib.

O, Beynəlxalq Valyuta Fondunun üzv dövlətlərə rüşvətxorluğa qarşı mübarizədə yardım etdiyini də vurğulayıb.

Xəbər lenti
0