SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"İkinci İsrail dövlətinin qurulmasına imkan verməyəcəyik"

© AFP 2023 / SAFIN HAMEDƏlində İsrail bayrağı tütmüş iraq kürdü, 16 sentyabr 2017-ci il
Əlində İsrail bayrağı tütmüş iraq kürdü, 16 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Kürdüstan muxtar vilayətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı referendumu dəyərləndirən Maliki, burada əsas məqsədin bölgədə ikinci İsrail dövlətinin qurulması olduğunu deyib

BAKI, 18 sentyabr — Sputnik. "İraqın şimalında ikinci İsrail dövlətinin qurulmasına imkan verməyəcəyik". Sputnik Azərbaycan "Əl-Ərəbiyə"-yə istinadən xəbər verir ki, bu barədə İraq prezidentinin müavini, keçmiş baş nazir Nuri əl-Maliki açıqlama verib.

Kürdüstan muxtar vilayətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı referendumu dəyərləndirən Maliki, burada əsas məqsədin bölgədə ikinci İsrail dövlətinin qurulması olduğunu deyib. "Biz buna imkan verməyəcəyik" — deyə Maliki bildirib.

"Bu referendum nə İraq xalqının, nə də kürdlərin mənfəətinə xidmət etmir. Üstəlik qanunsuzdur və ləğv edilməlidir" — prezident köməkçisi qeyd edib.

Xəbər lenti
0