Tramp digər dövlətin başçısına ləqəb qoyub

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp avqustun sonunda KXDR-in raket buraxması barədə məlumatlandırılıb

BAKI, 17 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inı "Raket insan" adlandırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı özünün "Twitter"ində yazıb.

"Dünən Cənubi Koreyanın prezidenti Munla danışdım. "Raket insan"ın necə yaşadığını soruşdum. Şimali Koreyada yanacağa görə uzun növbələr yaranıb. Pisdir",- deyə o yazıb.

Tramp avqustun sonunda KXDR-in raket buraxması barədə məlumatlandırılıb.

Avqustun 26-da Şimali Koreya sahillərindən Yapon dənizi istiqamətinə bir neçə kiçik məsafəli raket atılıb. Mərmilərdən biri startdan dərhal sonra partlayıb. Daha iki mərmi isə 250 kilometrədək uçub.

Xəbər lenti
0