İŞİD təslim olur?

© REUTERS / Thaier Al-SudaniƏlində İŞİD bayrağı tutmuş adam, arxiv şəkli
Əlində İŞİD bayrağı tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu rayon ərazisində Suriya qoşunları ilə döyüşən terror təşkilatı üzvlərinin müqavimət gücü azalıb

BAKI, 16 sentyabr — Sputnik. Bir qrup İŞİD üzvü Suriya qoşunlarına təslim olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Deyr-Əz-Zor rayonunda baş verib.

Qeyd edək ki, uzun müddətdir ki, bu rayon ərazisində Suriya qoşunları ilə döyüşən terror təşkilatı üzvlərinin müqavimət gücü azalıb. 

Xatırladaq ki, Suriyada 2011-ci ildən Prezident Bəşər Əsəd tərəfdaşları ilə üsyançılar arasında müharibə davam edir. Artıq müharibə geniş vüsət alıb və vətəndaş müharibəsinə çevrilib. Bu səbəbdən də ölkədə "İslam Dövləti" kimi terror qruplaşmaları güclənib.

Xəbər lenti
0