SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Amerikalı senator Trampdan Türkiyəni cəzalandırmasını istəyib

© REUTERSBen Cardin
Ben Cardin - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə "S-400" zenit raket kompleksinin alınması ilə bağlı Rusiya ilə razılığa gəlib. Artıq iki ölkə arasında bununla bağlı müvafiq sənədlər də imzalanıb

BAKI, 15 sentyabr — Sputnik. ABŞ siyasətinin tanınmış simalarından olan senator Ben Kardin, hökuməti Türkiyəyə sanksiyalar tətbiq etməyə çağırıb. O, bununla bağlı Ağ Evə məktub göndərib. Sputnik xəbər verir ki, Kardin, Türkiyənin Rusiyadan "S-400" zenit raket kompleksi almasının qəbul edilməz olduğunu bildirib.

"Təklif edirəm ki, Ağ Ev rəhbərliyi Ankara ilə münasibətlərə yenidən baxsın. Türklərin Rusiyadan "S-400" alması, bizim Rusiyaya tətbiq elədiyimiz sanksiyaları zəiflətmək deməkdir" — senator deyib.

Ben Kardin həmçinin, prezident Donald Trampdan, Türkiyənin NATO-ya üzvlük məsələsinə baxmasını da istəyib.

Qeyd edək ki, Türkiyə "S-400" zenit raket kompleksinin alınması ilə bağlı Rusiya ilə razılığa gəlib. Artıq iki ölkə arasında bununla bağlı müvafiq sənədlər də imzalanıb.

Xəbər lenti
0