08:43 18 Noyabr 2017
Canlı yayım
Avropa Komissiyasının sədri Jan-Klod Yunker İttifaqın plenar iclasındakı çıxışı zamanı, Strasburq, 13 sentyabr 2017-ci il

Avropa İttifaqından daha bir sərsəm açıqlama

© REUTERS/ Christian Hartmann
DÜNYA
Qısa URL
36 0 0

Bir çox avropalı və türk siyasi analitiklər, Yunkerin "Türkiyənin iqlimi qaçqınlar üçün daha uyğundur" açıqlamasını, məsuliyyətdən boyun qaçırmaq kimi dəyərləndiriblər

BAKI, 15 sentyabr — Sputnik. "Türkiyənin iqlimi qaçqınlar üçün daha uyğundur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan Klod Yunker "Euronews" telekanalına müsahibəsi zamanı deyib.

Yunker başda qaçqın böhranı olmaqla, İngiltərənin Avropa İttifaqının ayrılma prosesini (Brexit), iqlim dəyişikliyi, terrorla mübarizə və d. mövzulara toxunub.

Komissiya sədri, köhnə qitədə miqrant böhranına ən asan həllin, Türkiyə ilə danışıqlardan keçdiyini söyləyib.

"Düşünürəm ki, Türkiyənin havası, iqlimi qaçqınlar üçün daha uyğundur. Nəinki Avropanın iqlimi. Biz də əlimizdən gəldiyincə çalışırıq ki, müharibədən qaçanlara maddi yardım göstərək. Aİ Türkiyə dövlətinə, hökumətinə yox, o ölkədəki köçkünlərə yardım üçün çalışan qeyri-hökumət təşkilatlarına kömək edir" — Jan Klod Yunker bildirib.

Bir çox avropalı və türk siyasi analitiklər, Yunkerin "Türkiyənin iqlimi qaçqınlar üçün daha uyğundur" açıqlamasını, məsuliyyətdən boyun qaçırmaq kimi dəyərləndiriblər.

Əsas mövzular