London metrosunda partlayış baş verib

© REUTERS / Kevin CoombsLondondakı Parsons-Qrin stansiyasının önündə polis əməkdaşları, 15 sentyabr 2017-ci il
Londondakı Parsons-Qrin stansiyasının önündə polis əməkdaşları, 15 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Şahidlərin sözlərinə görə, vaqonlardan birindəki ağ konteyner partlayıb

BAKI, 15 sentyabr — Sputnik. London metrosunda partlayış baş verib, zərərçəkənlər var. Sputnik Azərbaycan "The Sun" qəzetinə istinadən xəbər verir ki, bir neçə nəfər yanıq xəsarəti alıb.

Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb edilib. Şahidlərin sözlərinə görə, vaqonlardan birindəki ağ konteyner partlayıb. Polis insidentlə bağlı faktı təsdiqləyib. Təfərrüatlar barədə məlumat verilmir.

"Biz "Parsons-Qreen" metrostansiyasındakı insidentin şahidi olduq. Əməkdaşlar hadisə yerindədirlər" — deyə London polisi Twitter-də bildirib.

Xəbər lenti
0