"Qətərdəki hərbi bazanı tərk etməyəcəyik"

© REUTERS / U.S. Air Force/Tech. Sgt. Terrica Y. JonesQətərdəki ABŞ hərbi bazası
Qətərdəki ABŞ hərbi bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı general: "Türklərin regiondakı maraqlarını başa düşürük, onların Qətərdəki mövcudluğu bizi narahat etmir"

BAKI, 13 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Cozef Votel, Qətərdəki ABŞ hərbi bazasını tərk etməyi düşünmədiklərini deyib. Sputnik xəbər verir ki, Votel, Türkiyənin Qətərdəki mövcudluğundan narahat olmadığını da bildirib.

Son vaxtlar Körfəz ölkələri ilə Qətər arasında davam edən gərginliyi dəyərləndirən Votel, ABŞ-ın bu məsələdə tərəf tutmadığını, bu səbəblə də Qətərdəki bazalarını tərk etməyi planlamadıqlarını söyləyib: "Bu böhran diplomatik yollarla həllini tapmalıdır".

Türkiyənin Qətərdə hərbi baza qurmasını şərh edən amerikalı komandir, "Türklərin regiondakı maraqlarını başa düşürük, onların Qətərdəki mövcudluğu bizi narahat etmir" deyib.

Cozef Votel, "Türkiyə NATO üzvüdür, bu dövlətlə keçmişə söykənən uzun və sağlam əlaqələrimiz var" — deyə əlavə edib.

Xəbər lenti
0