09:01 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
İsrail bayrağı, arxiv şəkli

İsrail XİN Azərbaycan prezidentinin qərarına münasibət bildirib

CC0 / edu_castro27 / Israeli flag
DÜNYA
Qısa URL
220 0 0

İsrail XİN: Azərbaycan Prezidentinin Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayırıq

BAKI, 11 sentyabr — Sputnik. "İsrail Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətinin bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır".

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.

Onun sözlərinə görə, nazirlik A.Lapşinin tezliklə İsrailə gəlişini təmin edəcək: "İsrail XİN Azərbaycan Prezidentinin A.Lapşini əfv etməsindən məmnundur. Biz onu tezliklə İsraildə görməyimizə şad olacağıq".

E.Nahşon deyib ki, israilli diplomatlar bloqqerə həbsdə olduğu müddət ərzində dəstək veriblər.

Əsas mövzular