22:39 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Mixail Saakaşvilinin Ukrayna sərgüzəştləri (14)
263 0 0

Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Polşadan Ukraynaya keçdiyini bəyan edib.

BAKI, 9 sentyabr — Sputnik. Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Polşadan Ukraynaya keçdiyini bəyan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə öz facebook səhifəsində yazıb.

"Qurtardı, biz Krakoveçə, Ukraynaya keçirik" — Saakaşvili yazıb.

O daha sonra amerikalı diplomat Deniel Fridlə birgə şəklini payşalaraq yazıb:

"Ukraynaya gəlişimdən əvvəl mənimlə çay içmək üçün evimə köhnə dostum, əfsanəvi amerikalı diplomat, Buş və Obama administrasiyasında dövlət katibinin müavini olmuş Deniel Frid gəlib" — yazıb.

Saakaşvili bildirib ki, ABŞ diplomatı ilə xatirələrini yada salıblar və hazırkı situasiyadan danışıblar.

Bundan əvvəl, Ukrayna hökuməti bəyan etmişdi ki, Saakaşvilini ölkəyə buraxmayacaq.

Xatırladaq ki, sabiq qubernator iyulun 26-da prezident Pyotr Poroşenkonun qərarı ilə Ukrayna vətəndaşlığından çıxarılıb.

Saakaşvili o vaxtdan indiyə kimi ABŞ və bir sıra Avropa ölkələrində səfərdə olub. Sonuncu dəfə Polşada qərarlaşmışdı.

Mövzu:
Mixail Saakaşvilinin Ukrayna sərgüzəştləri (14)

Əlaqədar

Saakaşvili Ukraynanı qarışdıracaq
Ukraynada "Saakaşvili" inqilabı
Vətəndaşlıqdan çıxarılan Saakaşvili: "Ukraynaya qayıdacağam"
Saakaşvili yenə hər kəsi heyrətləndirdi
Teqlər:
Mixail Saakaşvili, Polşa, Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri Mixail Saakaşvili, Ukrayna

Əsas mövzular