ABŞ bu ölkəyə "Toy" verməyə hazırlaşır

© AFP 2023 / BORYANA KATSAROVAABŞ F-16 qırıcıları
ABŞ F-16 qırıcıları - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ balaca ölkəyə nəhəng silahlar satıb

BAKI, 9 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Bəhreyn krallığına 19 ədəd "F-16" qırıcısı və dəyəri 3.8 milyard dollardan çox silah satacaq.

Sputniknews xəbər verir ki, ölkələr arasında əldə olunan razılığı ABŞ-ın Dövlət Departamenti təsdiqləyib.

Bundan başqa 27 milyon dollar həcmində "Toy" raketləri və 60,25 milyon dollar dəyərində gözətçi katerlərinin satışı da planlaşdırılır.

Silah satışında məqsəd Bəhreynin öz müdafiəsini gücləndirmək qabiliyyətini yüksəltməkdir.

Xəbər lenti
0