SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şimali Koreya ABŞ-a hədiyyələr göndərəcək

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidŞimali Koreyanın rəhbəri Kim Çen In Pxenyanda yeni yaşayış kompleksinin açılışında
Şimali Koreyanın rəhbəri Kim Çen In Pxenyanda yeni yaşayış kompleksinin açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Şimali Koreya artıq bir neçə aydır ki, təhlükəli nüvə başlıqlı raket sınaqları həyata keçirir

BAKI, 5 sentyabr — Sputnik. "Əgər Amerika bizə qarşı həyasız mövqe sərgiləsə, təzyiqlərinə davam etsə, onlara daha çox hədiyyə paketi göndəriləcək". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın BMT-dəki təmsilçisi Han Tae açıqlama verib.

Hədiyyə paketi olaraq nüvə başlıqlı raket sınaqlarını nəzərdə tutan koreyalı rəsmi, Vaşinqtonu diqqətli olmağa çağırıb.

Han Tae, ölkəsinin raket sınaqlarının ABŞ xaricində heç bir ölkəyə qarşı olmadığını bildirib.

Qeyd edək ki, Şimali Koreya artıq bir neçə aydır ki, təhlükəli nüvə sınaqları həyata keçirir. Son olaraq Pxenyan rəhbərliyi, Hidrogen bombası sınağını həyata keçirib. Amerika Birləşmiş Ştatları bu ölkəyə qarşı ən sərt cavabın veriləcəyini açıqlayıb.

Xəbər lenti
0