07:22 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
969530

Sarkisyan: "Ermənistan Çində hərbi mütəxəssislərin hazırlanması proqramını genişləndirməyə hazırdır"

BAKI, 5 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, Çin Xalq Respublikasına rəsmi səfəri zamanı çinli həmkarı Çan Vantsyuanla görüşüb. Rəsmi mərasimdən sonra Ermənistan-Çin danışıqları başlayıb.

Sputnik Azərbaycan Ermənistanın Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, danışıqların yekununda Pekində ÇXR-in Ermənistana 10 mln yuan (1,5 mln. dollara yaxın) dəyərində hərbi yardım etməsi barədə saziş imzalanıb.

Hərbi və maliyyə yardımı haqqında sazişlərlə yanaşı Sarkisyanla Vantsyuan arasında humanitar sahədə və hərbi mütəxəssislərin hazırlanmasında əməkdaşlıq məsələləri barədə də ikitərəfli razılaşmalar əldə edilib. Sarkisyan bildirib ki, erməni hərbi qulluqçuları Çinin ali hərbi məktəblərində təhsil alacaqlar.

"Onlara yüksək səviyyədə hərbi hazırlıq keçiləcək. Ermənistan Çində hərbi mütəxəssislərin hazırlanması proqramını genişləndirməyə hazırdır" — erməni nazir qeyd edib.

Əlaqədar

Ermənistan atəşkəsi pozmaqda davam edir
Şeyxülislam erməni katolikosu ilə görüşəcək
Politoloq: “Ermənistan Rusiyanın bölgədə apardığı siyasətdən narazıdır”
Cəbhədə vəziyyət gərginləşdi: erməni hərbçi məhv edildi
Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlandı
Teqlər:
hərbi yardım, Vigen Sarkisyan, müdafiə naziri, Çin Xalq Respublikası, Ermənistan

Əsas mövzular