01:26 26 Fevral 2018
Canlı yayım
Bolqarıstanda tarixi məscid

Daha bir ölkədə müsəlmanlara qarşı vandalizm baş verdi

CC BY-SA 3.0 / Şahabettin İmaret Mosque
DÜNYA
Qısa URL
358 0 0

"Böyük Məscid" adlanan 523 illik tarixi əsərin bağçası axşam saatlarında bara çevrilir

BAKI, 4 sentyabr — Sputnik. Bolqarıstanda 523 yaşlı məscid axşam saatlarında bara çevrilir.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Bolqarıstan vətəndaşları tərəfindən "Böyük Məscid" adlanan 523 illik tarixi əsərin bağçası axşam saatlarında bara çevrilir.

Vəziyyəti şəxsən yerində müşahidə edən Mərmərə Universitetinin əməkdaşı Neval Qonaq tarixi məscidin bağça hissəsindəki kafenin axşam saatlarında əyləncə məkanına çevrildiyini deyib.

Bolqarıstanın Başmüftiliyinin əməkdaşı Osman İbrahimov da deyib ki, məscidin bağçasındakı görüntülər içimizi ağrıdır. Müqəddəs məbədimizdə bu hörmətsizliyə yol verməməliyik. 

Osman İbrahimov bu məscidin Bolqarıstan başmüftiliyinin öhdəsində olmadığın dilə gətirərək deyib ki, Bolqarıstan mülkü olaraq qəbul edilən məscidi ibadət yeri olaraq istifadə edilmir: "Ən azından istədiyimiz odur ki, məscidin bağçasında içməyə və əylənməyə icazə verilməsin".

Əsas mövzular