03:50 25 Fevral 2018
Canlı yayım
Dollar

Büdcədən ən çox "pay alan" eks-prezident

© REUTERS/ Romeo Ranoco
DÜNYA
Qısa URL
124 0 0

Onun illik xərcləri vergi ödəyiclərinə 1.153 milyon dollara başa gələcək

BAKI, 3 sentyabr — Sputnik. ABŞ-ın eks-prezidenti Barak Obamanın illik xərcləri üçün dövlət büdcəsindən 1 milyon dollardan artıq vəsait ayrılacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Obama ailəsinin 2018-ci ildəki xərcləri vergi ödəyiclərinə 1.153 milyon dollara başa gələcək.

Beləliklə Obama keçmiş ABŞ prezidentləri arasında, illik xərclərinə ən çox vəsait xərclənən şəxs olacaq. Müqayisə üçün qeyd edək ki, keçmiş prezident böyük Corc Buşun xərcləri üçün büdcədən 942 min dollar, Cimmi Karter üçün 456 min dollar ayrılıb.

Bu pullar ofislərin kirayəsinə və digər xərclərə yönəlib. Lakin keçmiş liderlərin təhlükəsizliklərinin qorunması üçün ayrılan ödəmlər bu məbləğə daxil deyil.

Qeyd edək ki, Obama üçün Vaşinqtonda 760 kvadratmetrlik ofisin icarəsi vergiödəyicilərinə 536 min dollara başa gələcək. Obamanın illik təqaüdü isə dövlətə 236 min dollara başa gəlir.

Əlaqədar

Eks-prezident haqqında şok iddia: həbs oluna bilər
Eks-prezidenti vətəndaşlıqdan məhrum etdilər
Eks-prezidentdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq
Eks-prezidentin qızını azadlıqdan məhrum etdilər
Eks-prezident yas mərasimində rəqs etdi
Teqlər:
milyon dollar, eks-prezident, dövlət büdcəsi, Barak Obama, ABŞ

Əsas mövzular