01:58 25 Fevral 2018
Canlı yayım
Frankfurtda II Dünya Müharibəsindən qalma partlamamış bombanın tapıldığı ərazi, 1 sentyabr 2017-ci il

Şəhərdən 60 min insan köçürüləcək

© AP Photo/ Michael Probst
DÜNYA
Qısa URL
735 0 0

Ərazinin tərk etməyənlərin olması ehtimali ilə kameralar quraşdırlacaq

BAKI, 3 sentyabr — Sputnik. Almaniyanın Frankfurt şəhərindən 60 min nəfər təxliyə ediləcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna, şəhərdə ingilislərə aid II Dünya Müharibəsindən qalma partlamamış bomba tapılması səbəb olub.

Frankfurtdakı Buergerhospital xəstəxanasının pasiyentləri təxliyyə zamanı. 2 sentyabr 2017-ci il
© Foto: Frank Rumpenhorst/dpa via AP
Frankfurtdakı Buergerhospital xəstəxanasının pasiyentləri təxliyyə zamanı. 2 sentyabr 2017-ci il

Xatırladaq ki, 2017-ci ilin may ayında Frankfurtun Vismarer küçəsində həyata keçirilən inşaat işləri zamanı partlamamış bomba aşkar edildikdən sonra, hökumət ərazidən 60 min nəfərin köçürüləcəyini bildirmişdi. 1,5 tonluq bombanın təsirsiz hala gətirilməsi üçün bu, çox vacibdir.

Dövlət nümayəndələri köçürülmənin bu gündən başlayacağını bildiriblər. Qeyd edilib ki, bombanın təsirsiz hala gətirilməsi 4 saat vaxt tələb edir. Bununla yanaşı, ərazini tərk etməyənlərin olması ehtimali ilə, istiliyə həssas kameralar quraşdırlacaq.

Əlaqədar

Partlayış bölgəsinin əhalisi iki istiqamətə təxliyə olunur
Metroda yanğın oldu, sərnişinlər təxliyə edildi
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Hərbi bazada dəhşətli partlayış: 15 min nəfər təxliyə edildi
Sumqayıtda yanğın: bir nəfər təxliyə edildi
Teqlər:
Frankfurt, II Dünya Müharibəsi, bomba, Almaniya, şəhər

Əsas mövzular