Roma Papasından ilginc etiraf

© REUTERS / Stefano RellandiniПапа Римский Франциск. Архивное фото
Папа Римский Франциск. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaxşı qadın idi və bir dəfə də olsun mənə kömək etməkdən boyun qaçırmadı"

BAKI, 3 sentyabr — Sputnik. Roma Papası Fransisk psixoanalitik yanına getdiyini etiraf edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər veriri ki, Fransis, fransalı sosioloq Dominik Voltonla söhbət zamanı, 42 yaşı olanda 6 ay müddətində yəhudi psixoanalitiklə məsləhətləşdiyini bildirib.

Həmin zamanlarda Papa Fransisk Argentinada əyalətlərin birində çalışırmış. Onun sözlərinə görə, həftədə bir dəfə psixoanalitikin evinə gedirmiş. Həmin qadın ölən gün də Papa Fransiski etiraf etməyə çağırıb. Papa söhbəti zamanı onu da qeyd edib ki, məsləhətləşdiyi psixoanalitik yaxşı qadın olub və bir dəfə də olsun ona kömək etməkdən boyun qaçırmayıb.

Qeyd edək ki, Papanın etiraflarını yaxın günlərdə Fransada işıq üzü görəcək "Siyasət və Cəmiyyət" kitabında oxumaq olar. Kitabda Papanın həyatından müxtəlif anlar da öz əksini tapıb.

Xəbər lenti
0