15:20 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1289 0 0

"Türkiyədə 12 nəfəri siyasi səbəblə olmaqla, 50 nəfər Almaniya vətəndaşının həbs edilib"

BAKI, 2 sentyabr — Sputnik. Almaniya Xarici İşlər Nazirliyi, bu ölkənin Türkiyədə həbs edilən vətəndaşları barədə növbəti məlumat yayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazirlik, Türkiyədə 12 nəfəri siyasi səbəblə olmaqla, 50 nəfər Almaniya vətəndaşının həbs edildiyini iddia edib.

XİN-in sözçüsü Mariya Adebahr bildirib ki, son iki nəfərin həbs edilməsi ilə bağlı məlumatlar qeyri-rəsmi mənbələrdən əldə edilib: "Həbslərin səbəbi siyasidir. Hazırda Türkiyədə 50 Almaniya vətəndaşı həbsxanadadır. Onlardan 4-nün ikili vətəndaşlığı var. Həbs edilənlərdən 12 nəfəri siyasi amilərlə bağlı həbs edilib".

M. Adebahr əlavə edib ki, Almaniya vətəndaşları Antalya hava limanında həbs edilib və bu barədə rəsmi olmayan qaynaqlardan İzmirdəki Almaniya Baş konsulluğuna məlumat verilib: "Almaniya Baş konsulluğundan Antalya hava limanına zəng edilərək, məsələ dəqiqləşdirilib".

Qeyd edək ki, həbslərə reaksiya olaraq, Almaniya Sosial Demokrat Partiyasının lideri Martin Şultz Türkiyəyə yardımların dayandırılmasını tələb edib.

Əlaqədar

Almaniyadan Avropa İttifaqına skandal Türkiyə məktubu
Türkiyədən Almaniyaya sərt ittiham
Almaniya həqiqətən dağılırmı?
Almanlar Türkiyədən qovuldular
Teqlər:
vətəndaş, Xarici İşlər Nazirliyi, Türkiyə, Almaniya, həbs

Əsas mövzular