11:57 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Maunqdauda şəhərindəki qırğından qaçıb Bunidaunq şəhərinə sığınmış etnik arakanlar, Myanma, 28 avqust 2017-ci il

BMT-dən həyəcan təbili: Arakanda insanlıq faciəsi yaşanır

© REUTERS / Soe Zeya Tun
DÜNYA
Qısa URL
620 0 0

"Myanma hökuməti ehtiyacı olanlara vətəndaşlara, BMT və digər təşkilatların göndərdiyi yardımları çatdırmaqda məsuliyyət daşıyır"

BAKI, 2 sentyabr — Sputnik. BMT-nin Baş katibi Antonio Quterres, Myanma təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlardan narahat olduğunu bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, BMT Baş Katibliyinin yaydığı açıqlamaya görə, Quterres Arakandakı insanlıq faciəsinin qarşısının alınması üçün, təhlükəsizlik əməliyyatları həyata keçirən Myanma qüvvələrini sülhə çağırıb.

"Myanma hökuməti ehtiyacı olanlara vətəndaşlara, BMT və digər təşkilatların göndərdiyi yardımları çatdırmaqda məsuliyyət daşıyır" — açıqlamada bildirilir.

Banqlaşedin arakanlı qaçqınlara verdiyi dəstəyə görə təşəkkürünü bildirən Qutteres, qaçqınlara BMT və digər təşkilatların dəstək verməsini də istəyib.

Xatırladaq ki, Myanma ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində, son bir həftədə çoxlu sayda arakanlı müsəlman öldürülüb. Hücumlarda 60-dan çox kənd hədəf olaraq seçilib, onlarla kənd yandırılıb, on minlərlə arakanlı canını qurtarmaq üçün bölgədən qaçmağa çalışır.

Myanma hökümətinin beynəlxalq təşkliatlara əraziyə giriş icazəsi vermədiyi üçün, hazırda öldürülənlərin sayı haqda dəqiq məlumat yoxdur.

Əlaqədar

Moskvada 200 min müsəlman namaza durdu
İspaniya müsəlmanları etiraza qalxdılar
Partiya sədrindən müsəlmanları aşağılayan addım
İsrail əsgərləri müsəlman lideri evində həbs etdi
Ərdoğan dünya müsəlmanlarını Qüdsə çağırdı
Teqlər:
Antonio Quterres, Myanma, baş katib, müsəlman, BMT

Əsas mövzular