08:20 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Xəzər dənizi, arxiv şəkli

SOS verildi: Xəzər quruyur

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
352810

Bu ərazinin tam quruması 75 ildən sonraya proqnozlaşdırılır

BAKI, 30 avqust — Sputnik. Qlobal istiləşmənin hazırkı tempi davam edərsə, Xəzər dənizinin Rusiya hissəsi 75 ildən sonra quruyacaq. Sputnik Azərbaycan Amerika Geofizika Cəmiyyətinə istinadən xəbər verir ki, bu barədə Amerika, Fransa və Rusiya alimlərinin “Geophysical Research Letters” jurnalında dərc etdikləri birgə məqalədə bildirilir.

Xəzər dənizinin dərinliyi xəritəsi
© Foto : Jianli Chen / Geophysical Research Letters / AGU
Xəzər dənizinin dərinliyi xəritəsi

Alimlər qeyd edirlər ki, 1996-cı ildən 2015-ci ilə qədər hər il Xəzərin səviyyəsi 7 santimetr azalıb. Bu müddət ərzində ümumilikdə dəniz səviyyəsi 1,4 metr düşüb. Bu, hələlik, 1970-ci illərdə qeydə alınan tarixi minimumdan (dəniz səviyyəsindən 29 metr aşağı) 1 metr yuxarıdır. Amma proses davam edir.

Alimlər dənizin quruması prosesinin bundan sonra da davam edəcəyini bildirilər. Quruma özünü daha çox Rusiya və Qazaxıstan sahillərində göstərəcək. Bu ərazinin tam quruması 75 ildən sonraya proqnozlaşdırılır. Əsas səbəb qlobal istiləşmə nəticəsində atmosferin üst qatının hərarətinin artmasıdır (son 30 ildə 1 dərəcə).

Xəzər, 371 min kvadrat kilometr ərazini əhatə edir. 5 dövlətin çıxışı olan dənizdə neft, qaz, duzdan əlavə, dünya nərə balıqları ehtiyatının 90 faizi cəmlənib.

Əlaqədar

Rusiyanın Xəzər donanması həyəcan siqnalı ilə qaldırıldı
Xəzərdə terrorçuların ələ keçirilməsi üçün xüsusi əməliyyat keçirildi
Hərbi gəmilər Xəzərdə hədəflərə artilleriya atışları həyata keçirəcək
Xəzərin taleyinə aydınlıq gətirildi
Prezident Xəzərin hasarlanması ilə bağlı qərar verdi
Teqlər:
Amerika Geofizika Cəmiyyəti, Geophysical Research Letters, qlobal istiləşmə, Xəzər dənizi, quruma

Əsas mövzular