Paytaxt səmasını aydınladan işıqlar söndürüləcək

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidВид на Эйфелеву башню в Париже
Вид на Эйфелеву башню в Париже - Sputnik Azərbaycan
Abunə olmaq
"Eyfel"in işıqları 10 oktyabra qədər yanmayacaq

BAKI, 30 avqust — Sputnik. Fransanın əsas simvollarından sayılan "Eyfel" qülləsinin işıqları 10 oktyabr tarixinədək yanmayacaq. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, buna səbəb işıq ampulalarının dəyişdirilərək yenidən qurulmasıdır.

Məlumatı "Eyfel" qülləsinin əməliyyat şirkəti yayıb. "2000-ci ildən bu yana Paris səmalarını aydınladan işıqlandırma sistemi 10 oktyabradək dayandırılacaq. İşıq ampulaları dəyişdiriləcək, qüllədə təmir işləri aparılacaq" — deyə şirkətdən bildirilib.

Xəbər lenti
0