"Türkiyə və İran Suriyanı dərhal tərk etməlidir"

© AFP 2023 / NEZAR BALOUTBirləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed əl-Nahyan rusiyalı həmkarı Sergey Lavrovla
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed əl-Nahyan rusiyalı həmkarı Sergey Lavrovla - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrovla görüşdə əl-Nahyan deyib ki, Ankara və Tehranın siyasəti Suriyanın suverenliyinə təhlükə yaradır

BAKI, 29 avqst — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed əl-Nahyan Suriyadakı problemin həlli üçün Türkiyə və İranın bu ölkədən çıxmalı olduğunu deyib.

Sputnik Türkiyənin xəbərinə görə, rusiyalı həmkarı Sergey Lavrovla görüşdə əl-Nahyan deyib ki, Ankara və Tehranın siyasəti Suriyanın suverenliyinə təhlükə yaradır.

“Suriya probleminin həlli üçün bu ölkənin suverenliyinə təsir etmək istəyən ölkələrin Suriyadan çıxması vacibdir. Açıq danışacam: bu ölkələr Türkiyə və İrandır” – ərəb nazir bildirib.

“Əgər Ankara və Tehran öz fəaliyyətini rəqabət üzərinə davam etdirərək ərəb ölkələrinin işlərinə qarışacaqlarsa, Suriyanın problemləri başqa ölkələri də əhatə edəcək” – əl-Nahyan əlavə edib.

Xəbər lenti
0