"Facebook"un təsisçisi ikinci dəfə ata oldu

© Photo : Facebook / zuckMark Zukerberq ailəsi ilə
Mark Zukerberq ailəsi ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni doğulan körpəyə Avqustina adı qoyulub

BAKI, 29 avqust — Sputnik. "Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq ikinci dəfə ata olub. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bu barədə Zukerberq "Facebook"dakı şəxsi hesabında yazıb.

Yeni doğulan körpə qıza Avqustina adı qoyulub. "Qızım, biz səni çox sevirik və xoşbəxtik ki, səninlə bu gözəl macəraya çıxacağıq. Sənə xoşbəxtlik və sevgi arzulayırıq" — Zukerberq yazıb.

Xəbər lenti
0