Şimali Koreya 3 ballistik raket atıb, heç bir hədəfə çatmayıb

Abunə olmaq
Raketlərdən ikisinin havada, birinin isə atılan kimi partladığı deyilir

BAKI, 26 avqust — Sputnik. ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirdiyi zaman, Şimali Koreyadan 3 ballistik raket atılıb və sınaq atışlarının üçü də uğursuz olub. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Amerika ordusu Şimali Koreyanın qısa mənzilli 3 ballistik raket atdığını bildirib. Raketlərdən ikisinin havada, birinin isə atılan kimi partladığı deyilir.

ABŞ ordusundan verilən açıqlamada, Şimali Koreyanın Kanqvon bölgəsində həyata keçirdiyi qısamənzilli raket atışlarının üçünün də uğursuz olduğu bildirilib. Açıqlamada raketlərin ABŞ üçün təhlükəli olmadığı vurğulanıb.

Xəbər lenti
0