İstanbul terrorunun əmri ABŞ-dan verilib?

© AFP 2023 / OZAN KOSEReina gecə klubunda terror, arxiv şəkli
Reina gecə klubunda terror, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İddiaya görə Mançesterdəki konsert salonu ilə “Reina”ya hücum əmri eyni şəxs tərəfindən verilib

BAKI, 25 avqust — Sputnik. “Reina” qətliamının əmri Texasdan gəlib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyada yayımlanan həftəlik xəbər jurnalı İstanbuldakı “Reina” gecə klubunda həyata keçirilən qətliam əmrinin ABŞ-ın Texas ştatında yaşayan İŞİD üzvü tərəfindən verildiyini iddia edib.

Jurnal bunu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) başladığı istintaq işinə istinad edərək yazıb. “L Espresso” jurnali qeyd edir ki, xüsusi xidmət orqanları İŞİD terror təşkilatının qanlı hərəkətlərinin izini açmağa çalışır. Dərgi, Suriyadan başlayıb, qolları ABŞ-a qədər uzanan təşkilatın Avropadakı əlaqələri ilə bağlı FTB və İtaliya xüsusi xidmət orqanlarının gəldikləri qənaətin bəzi məqamlarını işıqlandırıb.

İddiaya görə, İngiltərənin Mançester şəhərindəki konsert salonunda partlayış və “Reina”ya hücum əmri eyni şəxs tərəfindən verilib.

Jurnalın məlumatına görə, 22 mayda İngiltərənin Mançester şəhərindəki Arena konsert salonunda həyata keçirilən və 22 gəncin öldüyü terror hadisəsi ilə 39 nəfərin ölümü ilə nəticələnən “Reina” terroru əmrini eyni şəxs verib. Jurnal bu şəxsi "sirli texaslı" adlandırıb və sonradan bu şəxsin ABŞ-ın Dallas şəhərində yaşayan iordaniyalı, 40 yaşlı Səid Əzzam Muhəmməd Rahim olduğunu yazıb. Məlumata görə, Rahim “Reina” terrorundan 5 gün sonra Dallasda həbs edilib, ancaq İŞİD-lə əlaqəsinin inkar etdiyi üçün azad buraxılıb. Amma sonra yenidən həbs edilib.

Jurnalın məlumatına görə, texaslı Rahim terror əmrini "Zello" proqramı vasitəsilə verib. Bu proqramdan 10 minə yaxın terrorçunun istifadə etdiyi bildirilir. Jurnal qeyd edir ki, Rahim 16 dekabrda yazışmasında "Türkiyədə yaşayan imanlı qardaşlarına" səslənərək İŞİD-ə sədaqət andı içməyənləri, eləcə də təkcə rəhbərləri deyil, sadə vətəndaşları, turistik məkanları, hava limanlarını və gecə klublarını hədəf almaq əmrini verib. Bundan iki həftə sonra “Reina” qətliamı baş verib və FTB yanvarın 5-də Rahimi həbs edərək dindirib. Onun evində əməliyyat keçirilib, bütün kompüterləri, telefonları və digər texniki vasitələri götürüb. Daha sonra azadlığa buraxılan Rahim İŞİD-in Suriya-İraq qüvvələrinə qoşulmaq üçün İordaniyaya gedərkən təkrar həbs edilib və həbsxanaya göndərilib.

Xəbər lenti
0