01:03 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3479 0 0

Türkiyə hökuməti PKK terror təşkilatının Almaniyadakı dərnəklərinə göstərdiyi qayğıya görə, rəsmi Berlinə dəfələrlə xəbərdarlıq edib

BAKI, 25 avqust — Sputnik. “Rəcəb Tayyib Ərdoğan prezident olduğu müddətdə Türkiyəni Avropa İttifaqına üzvlüyə qəbul etməyi düşünmürük”. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ZDF telekanalına müsahibəsində deyib.

"Ərdoğan Almaniyada yaşayan türklərlə bizim aramızı pozmaq istəyir. O, bunu qəsdən, bilərəkdən edir. Bu şərtlər altında Türkiyənin Avropa Birliyinə üzvlük ehtimalı sıfıra bərabərdir. Ərdoğanlı Türkiyə heç vaxt Avropa İttifaqına üzv olmaq barədə ciddi danışıqlar apara bilməz. O adam Türkiyəni Avropadan ayırır. Lakin elə təəssürat yaradır ki, guya ikitərəfli əlaqələri biz korlayırıq" – Alman nazir vurğulayıb.

Qeyd edək ki, rəsmi Ankara 15 iyul hərbi çevrilişə cəhddən sonra Almaniyaya sığınan hərbçilərin geri verilməsini tələb etsə də, Berlin rəhbərliyi buna qarşı çıxıb. Üstəlik, Türkiyə hökuməti PKK terror təşkilatının Almaniyadakı dərnəklərinə göstərdiyi qayğıya görə də, rəsmi Berlinə dəfələrlə xəbərdarlıq edib. Lakin alman hökuməti bu xəbərdarlıqların heç birinə məhəl qoymayıb.

Əlaqədar

Ərdoğandan yeni "Qüds" açıqlaması
Ərdoğanın Merkeli devirmək planının üstü açıldı
Ərdoğan İrana hansı mesajı aparır?
Çinlilər Ərdoğanın sözü ilə Türkiyəyə axın etdilər
Teqlər:
Ziqmar Qabriel, Almaniya, Avropa İttifaqı, Türkiyə, prezident, Rəcəb Tayyib Ərdoğan

Əsas mövzular