Paytaxta çatmağa az qalmışdı, faciə baş verdi

© AFP 2023Türkiyədə təcili yardım maşını, arxiv şəkli
Türkiyədə təcili yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişin avtobusu qəzaya uğrayıb: ölən və yaralananlar var

BAKI, 24 avqust — Sputnik. Türkiyədə İzmirdən Ankaraya gedən avtobus, paytaxta 35 kilometr qalmış körpü dirəyinə çırpılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilkin məlumata görə, qəza zamanı 5 nəfər dünyasını dəyişib və çox sayda insan yaralanıb.

Hadisə yerinə xilasetmə qrupları cəlb edilib. Avtobus həddən artıq əzildiyi üçün, sağ qalan yaralı sərnişinlər oturacaqlara sıxışmış vəziyyətdə qalıblar. Onların xilas edilməsi üçün əraziyə yanğından mühafizə qrupları cəlb edilib.

Yaralılar xəstəxanalara aparılıblar. Hazırda araşdırma aparılır. Ölənlərin sayının artacağaı istisna edilmir.

Xəbər lenti
0