Uşaq küçədə rəqs etdiyinə görə həbs olundu

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, "xalq arasında uyğunsuz davranış göstərməkdə" ittiham olunur

BAKI, 23 avqust — Sputnik. Səudiyyə Ərəbistanında yolda avtomobillərin hərəkətini dayandırıb "Makarena" oynayaraq "Twitter"də fenomen olan uşaq polis tərəfindən saxlanılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, həbs edilən 14 yaşlı yeniyetmə "xalq arasında uyğunsuz davranış göstərməkdə" ittiham olunur.

45 saniyəlik videoda uşaq Ciddə şəhərində sıxlıq yaşanılan bir küçədə avtomobillərin hərəkətini saxlayaraq, 1990-cı illərin hit mahnısı olan "Makarena" rəqsini ifa edir. Video ilk dəfə keçən ilin iyul ayında paylaşılmışdı. Uşağın hansı millətdən olduğu və nə qədər cəza alacağı barədə məlumat verilmir.

© Photo : Milliyet"Makarena" oynayaraq "Twitter"də fenomen olan uşaq
Makarena oynayaraq Twitterdə fenomen olan uşaq - Sputnik Azərbaycan
"Makarena" oynayaraq "Twitter"də fenomen olan uşaq

Ölkədə sosial şəbəkələrdə bu mövzuda müzakirələr bitmək bilmir. Bəziləri onu əxlaqsızlıqda günahlandırır, bəziləri isə qəhrəman adlandırırlar.

Xatırladaq ki, bu ay Səudiyyənin Taif şəhərində musiqi festivalında səhnəyə çıxaraq "dəb rəqsi" edən başqa bir nəfər həbs edilib.

Xəbər lenti
0