Adamyeyənlər təslim oldular

Abunə olmaq
Onların yaşadıqları evdən çox sayda insan cəsədinin qalıqları aşkar edilib

BAKI, 22 avqust — Sputnik. Cənubi Afrikanın Durban şəhərində 4 nəfər adamyeyən həbs edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlardan biri polisə gələrək "insan əti yeməkdən bezdim" deyib və təslim olub.

Təslim olan gənc polislərə insan əli və ayağı göstərib. Polisin araşdırmaları zamanı adamyeyənlərin yaşadıqları evdən çox sayda insan cəsədinin qalıqları aşkar edilib.

Şübhəlilərin daha böyük "adamyeyən" qrupunun üzvləri olduğu ehtimal edilir. Məsələni araşdırmağa başlayan polis ərazidə yaşayan və yaxınları itkin düşmüş insanlardan da yardım istəyib.

Evdə tapılan insan bədəni qalıqlarının kimə aid olması barədə araşdırma davam edir. Xatırladaq ki, Durbanda bir ay öncə kürək çantasında kəsik insan başı tapılan bir nəfər adamyeyən həbs edilib.

Xəbər lenti
0