Donald Tramp: "ABŞ dünyada demokratiyanı yaymaq üçün..."

© AP Photo / Dario Lopez-MillsABŞ ordusunun əsgərləri, arxiv şəkli
ABŞ ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: "Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik"

BAKI, 22 avqust — Sputnik. "ABŞ dünyada demokratiyanı bərqərar etmək üçün ordudan istifadə etməyəcək". Sputnik-in verdiyi xəbərə görə, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp, Virciniya ştatındakı "Fort Mayer" hərbi bazasındakı çıxışı zamanı deyib.

"Ölkəmiz ümumi maraqlarını təmin etmək üçün müttəfiqləri ilə əməkdaşlığa üstünlük verəcək. Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik, sadəcə uşaqlarımızın daha yaxşı yaşamasına imkan verə biləcək ümumi maraqlara sadiq qalmağa çağırırıq. İstənilən qərarda bu prinsipial yanaşma əsas olaraq qalacaq" — D. Tramp vurğulayıb.

Xəbər lenti
0